Venesuela və Qayana mübahisəli neftlə zəngin Esequibo bölgəsindəki gərginliyi həll etmək üçün gücdən istifadə etməmək barədə razılığa gəliblər.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro və Qayana prezidenti İrfaan Əli Karib adasında yerləşən Sent Vinsent və Qrenadin adalarında görüşüb.
Tərəflər razılaşıblar ki, onlar heç bir halda, iki dövlət arasında mövcud olan hər hansı mübahisədən irəli gələn məsələlər də daxil olmaqla, bir-birini birbaşa və ya dolayısı ilə hədələməyəcək və ya güc tətbiq etməyəcəklər.
Dövlət başçıları iki dövlət arasında istənilən mübahisəni beynəlxalq hüquq normalarına uyğun həll etməyə razılaşıblar.
Maduro dekabrın 12-də mübahisəli Esequibo bölgəsindəki gərginliyi dialoq yolu ilə həll etmək istədiklərini açıqlayıb.
//Səbinə Hüseynli, Editor.az

