Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota veribbackend

Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Karakasa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İspaniya, Hollandiya, Fransa və Almaniyanın səfirlik nümayəndələrinə etiraz notaları verib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin xarici diplomatiya rəhbəri Xorxe Arreas bildirib.

Daha əvvəl Bolivar Respublikasının səlahiyyətliləri Aİ-nin ölkədəkiı səfiri Isabel Brilyante Pedrosonu “persona non-qrata” elan ediblər. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

Xatırladaq ki, fevralın 22-də Aİ Venesuela dövlət qulluqçularına qarşı sanksiyalar siyahısını genişləndirib. Ümumilikdə bu sanksiya siyahısına Venesuela üzrə 55 şəxş daxil edilib.

Loading...