Venesuela lideri Nikolas Maduro nazirliklərin yarısını əhatə edən ölkə hökumətində köklü dəyişikliklər edib. Bu barədə “Venezolana de Television” dövlət televiziyası məlumat yayıb.
Prezident Delcy Rodriguez-i ölkənin vitse-prezidenti kimi təsdiqləyib. O, həmçinin Neft Sənayesi Nazirliyinə də rəhbərlik edəcək. Hakim Vahid Sosialist Partiyası liderinin birinci müavini Diosdado Kabello siyasi müstəqillik, təhlükəsizlik və sülh məsələləri üzrə vitse-prezident və daxili işlər naziri olacaq. Miranda ştatının qubernatoru Hektor Rodriges regional sosializmin inkişafı üzrə vitse-prezident təyin edilib. PDVSA dövlət neft şirkətinin keçmiş prezidenti Pedro Tellechea sənaye və milli istehsal naziri olacaq. PDVSA-ya şirkətin hazırkı vitse-prezidenti Hektor Obreqon rəhbərlik edəcək.
Hazırkı bu nazirlər vəzifələrində qalıblar: Müdafiə Vladimir Padrino Lopez, Xarici İşlər İvan Gil Pinto, Rabitə və İnformasiya Freddi Nanes.
//Gülnarə Abasova, Editor.az