Venesuelada prezident seçkilərindən sonra baş verən hadisələrdə 20-dən çox hərbçi yaralanıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopez X sosial şəbəkəsində məlumat verib. “Son məlumatlara görə, bəziləri odlu silahla olmaqla 23 hərbçi yaralanıb. Onlar bugünkü zorakılığın qurbanı olublar və tibbi yardım alırlar”,- o yazıb.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Hakimiyyət hazırkı prezident Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşma baş verib. Polis və Milli Qvardiya Miraflores prezident sarayı yaxınlığında nümayişçilərin yolunu kəsib və gözyaşardıcı qazdan istifadə edib. Venesuela, seçilmiş prezident Maduronun legitimliyini tanımaqdan imtina edən yeddi Latın Amerikası ölkəsinin diplomatik nümayəndəliklərinin üzvlərini geri çağırıb.
//Gülnarə Abasova, Editor.az