Venesuelada kütləvi iğtişaşlar başlanıb, ölən və xəsarət alanlar varbackend

Venesuelada kütləvi iğtişaşlar başlanıb, ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada iğtişaşlar zamanı azı bir nəfər həlak olub.

Editor.az bildirir ki, bu barədəd AFP hüquq müdafiəçilərinə istinadən xəbər verir.

Nəşrə görə, daha 46 nəfər saxlanılıb. Müdafiə naziri Vladimir Padrino Lopez X sosial şəbəkəsində yazıb ki, odlu silahdan açılan atəş nəticəsində 23 əsgər yaralanıb. O, etirazçılardan zərərçəkənlərin sayını açıqlamayıb.

Qeyd edək ki, dünən, iyulun 29-da Venesuela prezidenti Nikolas Maduro ardıcıl üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət isə Edmundo Qonzalesin səslərin 70%-ni qazandığını iddia edir. Latın Amerikasının doqquz ölkəsi seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edib. Gecə müxalifət tərəfdarları etiraz aksiyasına çıxıblar; Venesuela təhlükəsizlik qüvvələri onları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

//Samir Qurbanov, Editor.az