Venesuelada təyyarə qəzası: 6 ölübackend

Venesuelada təyyarə qəzası: 6 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın Miranda əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində bir futbol klubunun prezidenti də daxil olmaqla, 6 nəfər həlak olub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Şarlave şəhərində qəzaya uğrayan kiçik “Learjet 55” tipli təyyarədə cəmi 6 nəfər səyahət edirmiş.

Ölənlərdən birinin Venesuelanın önəmli futbol klublarından biri olan Estudiantes de Merida-nın prezidenti Kristian Toni olduğu bildirilir. Venesuela Futbol Federasiyası (FVF) qəza ilə bağlı açıqlamasında “Xəbəri dərin ağrı və hüznlə aldıq… Venesuela futbolu yas içindədir” deyib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

//Gülnarə Abasova, Editor.az