ABŞ-nin vitse-prezidenti J.D.Vens parlament seçkilərindən bir neçə gün əvvəl – 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır.
Məlumatı “Politico” Dövlət Departamentinin sənədinə istinadən yayıb.
Qəzetin məlumatına görə, Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstanın baş naziri Viktor Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır. ABŞ prezidenti Donald Tramp əvvəl Orbana dəstəyini ifadə etmişdi.
Qeyd edək ki, aprelin 12-də keçiriləcək seçkilərə sayılı günlər qalmış rəy sorğuları Orbanın hakim partiyasının müxalif rəqibindın 20 faizədək geri qaldığını göstərir.
Musavat.com

