“Verelq” nəşri: “Qafan şəhərinin əsas yüksəklikləri Azərbaycana verildi”backend

“Verelq” nəşri: “Qafan şəhərinin əsas yüksəklikləri Azərbaycana verildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafan şəhərinin üstünlüyə malik əsas müdafiə nöqtələri Azərbaycana verildi”.

Editor.az xəbər verir ki, bu barədə Verelq.am erməni nəşrinə Qafandakı mənbədən məlumat verilib.

“Sabah saat 17:00-a qədər müdafiə üçün sərfəli olan bütün xətlər, Qafan yüksəklikləri Azərbaycana veriləcək. Hazırda inşa etdiyimiz bütün istehkamlar sökülür. Bununla da Azərbaycan Silahlı Qüvvələri Qafanı birbaşa nəzarətində saxlaya biləcək”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Syunik (Zəngəzur-red) bölgəsinin sakinləri bu gün Qafan hava limanına gedən yolu bağlayıblar. Etirazçılar Azərbaycan tərəfinin bu yol istiqamətində atəş açmayacağına dair zəmanət almaq istəyirlər.

Yeri gəlmişkən, bir gün əvvəl “Azadlıq” radiosuna verdiyi müsahibədə Baş nazir Nikol Paşinyan Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Ermənistan sərhədlərini aşdığını deyib. Onun sözlərinə görə, Zəngəzur bölgəsindəki Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində müəyyən çətinliklər var.

Bu arada erməni mətbuatı Rusiya sülhməramlılarının Zəngəzurun Ermənistana aid olan Vorotan kəndi ərazisində yerləşdiyini yazıb. Regional administrasiyanın mətbuat katibi Armine Avaqyan da Rusiya sülhməramlılarının təhlükəsizlik məqsədilə Qafan-Gorus avtomobil yolunda patrul xidməti edəcəklərini bildirib.

Xatırladaq ki, Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan bu gün həmin bölgəyə işgüzar səfərə gəlib.

P.S. Erməni həyazıslığının həddini ölçən qurğu hələ icad edilməyib. Azərbaycanın öz sərhədlərini müəyyən etdiyinə baxmayaraq, ermənilər vay-şüvənlərindən qalmır. Atalar yaxşı deyib, “başqasının atına minən tez düşər”. Vaxt gələcək, qədim Zəngəzur torpaqlarını da geri qaytaracağıq.(konkret.az)