“Verilişin dayandırılmasında hansısa tapşırıqdan söhbət gedə bilməz” -AÇIQLAMAbackend

“Verilişin dayandırılmasında hansısa tapşırıqdan söhbət gedə bilməz” -AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.

Proqramın qonaqları tanınmış müğənnilər – Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.

Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.

Sosial şəbəkələrdə isə verilişin dayandırılmasının səbəbi kimi Almaxanım Əhmədovanın son zamanlar Mədəniyyət Nazirliyini tənqid etməsi göstərilib.

Məsələ ilə bağlı Gununsesi.info -ya açıqlamasında Xəzər Media Mərkəzinin Baş direktoru, Murad Dadaşov bildirib ki, bu məsələdə hansısa tapşırıq və ya xüsusi qadağadan söhbət gedə bilməz:

Texniki nasazlıq olub, bununla bağlı Xəzər Media Mərkəzi olaraq açıqlama yaymışıq“.

Qeyd edək ki, Almaxanım Əhmədli son zamanlar Mədəniyyət Nazirliyini korrupsiyada ittiham edirdi.