“Verona” – “Lasio” oyununda 6 qol vuruldubackend

“Verona” – “Lasio” oyununda 6 qol vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İtaliya çempionatının 36-cı turunda “Verona” “Lasio” komandasına məğlub olub.

Editor.az Trend-ə istinadən bildirir ki, oyun 5:1 hesabı ilə sona çatıb.

Qolları romalı “Lasio” tərəfindən Sergey Milinkoviç-Saviç (56-cı dəqiqə), Xoakin Korrea (62) və Çiro İmmobile (45+6, penalti; 83; 90+4, penalti), “Verona”dan isə Sofyan Ambarat vurublar.

Turnir cədvəlində “Lasio” 36 oyunda 75 xal toplayaraq dördüncü yerdədir. Daha əvvəl klub çempionlar liqasına keçidinitəmin edə bilib. “Verona” 46 xalla doqquzuncu yerdədir.

Növbəti turda iyulun 29-da “Lasio” “Breşiya”, “Verona” isə həmin gün “SPAL” ilə görüşəcəklər.