Vətən müharibəsi iştirakçısı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə nəzakət görüşünə gəlibbackend

Vətən müharibəsi iştirakçısı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə nəzakət görüşünə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsi iştirakçısı, WKF karate növü üzrə idmançı Allahverdizadə Əli Ceyhun oğlu həqiqi hərbi xidmətini başa vuraraq öz doğma şəhərinə qayıdıb. O, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə nəzakət görüşünə gəlib. Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Baş İdarənin əməkdaşları, Vətən müharibəsi iştirakçısı Əli Allahverdizadə və WKF karate idman növü üzrə məşqçi-müəllim Ziya Namazov iştirak edib.

Görüş zamanı Vətən müharibəsi iştirakçısı olan Əli döyüşlərə yüksək əhval-ruhiyyə ilə qatılmağından, hər gün qələbə qazanaraq necə qabağa gedərək düşməndən işğal altında olan torpaqlarımızı azad etməklərindən bəhs edib. O, Vətən uğrunda, torpaq uğrunda  bütün döyüş yoldaşlarının canlarından belə keçməyə hər an qorxmadan hazır olduqlarını və qələbəyə gedən yolda bir an belə olsun geri çəkilmədən irəliləyərək, sonda qalib gəlməklərindən fəxrlə və qürur hissi ilə danışıb.
Baş İdarə rəisi Həmid Nəsirov görüş zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsinin  şanlı qələbə ilə sona çatmasından, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun  işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etməsindən və ordumuzun böyük zəfərə imza atmasından danışıb.
Qeyd edək ki, Əli Allahverdizadə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən  Füzulinin, Qubadlının və Şuşanın azad olunması medalları ilə təltif olunub.