Vətən Müharibəsi iştirakçısı qaydasız döyüş üzrə ÇEMPİON OLDU – FOTObackend

Vətən Müharibəsi iştirakçısı qaydasız döyüş üzrə ÇEMPİON OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən Müharibəsində iştirak edən, canlarını vətən uğrunda fəda edən idmançı şəhid və qazilərimizin sayı çoxdur. Onların və müharibə iştirakçısı olan digər idmançıların döyüş yolu gənclərimizdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün nümunədir.

Vətən Müharibəsi iştirakçısı olan qaydasız döyüş üzrə beşqat Azərbaycan çempionu Mehdi Miriyev də belələrindədir. O, hərbi xidmətdə olan zaman başlayan 44 günlük müharibənin əvvəlindən sonuna qədər tibb qardaşı kimi neçə-neçə yaralının həyatını xilas edib. Təkcə fiziki gücü ilə yox, həm də tibbi bilikləri ilə döyüşlərdə xüsusi seçilib.

Qeyd edək ki, müharibədən sonra da peşəkar idmana davam edən Mehdi Miriyev bu yaxınlarda yenidən qızıl medal qazanıb. O, Bakıda Zabit Səmədovə məxsus New Generation Fighting təşkilatının keçirdiyi sayca 4-cü yarışmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.