Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə öldü – YENİLƏNİBbackend

Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gənc qız faciəli şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, A.Məmmədova Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır.

23:06

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

APA xəbər verir ki, hadisə Polad Həşimov küçəsi 37 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən yerində ölüb.