Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünü qeyd edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı 2 908 hərbçimiz şəhid olub, 6 hərbçi isə itkin düşüb. Bu gün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.
Editor.az xəbər verir ki, şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar.