Vətən müharibəsinin ilk böyük qələbəsi – 1 il öncə Cəbrayıl azad edildibackend

Vətən müharibəsinin ilk böyük qələbəsi – 1 il öncə Cəbrayıl azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Ceyhun Məmmədov: “Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı”

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

121.JPG (66 KB)

Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad  edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl  şəhərlərində olublar YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Prezident və birinci xanım işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər  ediblər

Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstisiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.

Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov Musavat.com-a bildirdi ki, 30 ilə yaxın dövr çox ağır və mürəkkəb dövr oldu.

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin  istiqamətləri haqqında geniş məlumat verilsin

Ceyhun Məmmədov

Bütün Cəbrayıl əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. İnsanlarımızda bir inam var idi ki, biz gec-tez öz doğma torpaqlarımıza qayıdacağıq: “Bunun nə zaman reallaşacağı ilə bağlı tez-tez bizə də sual olunurdu. 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu torpaqlarımızı azad etməyə başladı. Bizə ünvanlanan sualların cavabı aydınlaşdı. İlk azad olunan rayon məhz Cəbrayıl rayonu oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri müzəffər ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Mən həmin günü cəbrayıllılarla bir tədbirdə idim, Cəbrayılın azad edilməsi xəbərini orada eşitdik. İnsanlar küçələrə axışdılar, sevincindən ağlayanlar var idi.

Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.

Bilirsiniz ki, 2016-cı ilin aprel döyüşlərində Cocuq Mərcanlı azad edilmişdi. Cəbrayıllılar oraya gedib işğal altında olan rayonumuza həsrətlə tamaşa edirdilər. Cocuq Məcanlıdan Cəbrayılın mərkəzinə 13 kilomterdir. Qəhrəman Azərbaycan ordusu, Ali Baş Komandanımız cəbrayıllıların həsrətinə son qoydu”.

Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan Bayrağı  dalğalanır VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat vurğuladı ki, müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması oldu. Nəticədə düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı: “Düşmən 27 il ərzində Cəbrayıl ərazisində çox güclü müdafiə səddləri, səngərlər, bunkerlər inşa etmişdi. Cocuq Mərcanlıya yaxın Mehdili kəndində son bir neçə ildə çox müasir bir bunker də tikmişdilər. Yəni ermənilər bizim ordumuzun qarşısını kəsmək üçün bir neçə sədd qurmuşdular. Eyni zamanda çoxsaylı minalar basdıraraq bizim öz torpaqlarımızı azad etməyimizə bütün vasitələrlə mane olmaq istəyirdilər. Amma Azərbaycan ordusu öz peşəklarlığını nümayiş etdirdi. Biz birinci müdafiə səddini yarıb keçdik, ikincisi daha güclü sədd idi, ordumuz onu da dağıtdı və ermənilərin müqaviməti qırıldı, torpaqlarımız azad edildi. Cəbrayıl rayonun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı. Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində ciddi təsirini göstərdi”.

Возвращение «Харыбюльбюль» и месседжи миру из Шуши - ФОТО

C.Məmmədov qeyd etdi ki, əlmatdar hadisələrdən biri Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Cəbrayıla, Xudafərin körprüsünə səfər etmələri oldu. Müharibənin başa çatmasından az sonra noyabrın 16-da həyata keçirilən bu, səfər qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı: “Prezident oradan bəyan etmişdi ki, Cəbrayıl qurulacaq, bərpa ediləcək. O zamandan uzun zaman keçməyib, artıq Cəbrayılda quruculuq bərpa işlərinə başlanılıb və sürətlə həyata keçirilir.

İnsanlarımız səbirsizlikə o günü gözləyirlər ki, onlar öz doğma yurdlarına yaşamaq üçün qayıdacaqlar. Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 1 illiyini qeyd edirik. Bir il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir”.

Jurnalistlər Cəbrayıl rayonundadır

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb;

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Zəngilan və Cəbrayılın azad olunan kəndləri - VİDEO | Reaksiya

Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri erməni işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

Musavat.com