Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!backend

Vətəndaşlara TƏCİLİ XƏBƏRDARLIQ: Pullarınızı çəkin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Rusiya vətəndaşlarını təcili olaraq vəsaitlərini birjadan çıxarmağa çağırıb.

Editor.az musavat.com-a istinadən xəbər verir ki, şirkət Rusiya müştərilərinə tezliklə rubl əməliyyatlarını dəstəkləməyi dayandıracağına dair xatırlatmalar göndərib. İstifadəçilərə 29 dekabr 2023-cü il tarixinə qədər vəsaitlərini çıxarmaq tövsiyə olunub – cümə günündən etibarən birjada açıq mövqelər bağlanmağa başlayacaq. Şirkət qeyd edib ki, vəsaitlər məhdudiyyətsiz şəkildə CommEX birjasına və ya hər hansı digər kripto platformasına köçürülə bilər.

“Binance” nümayəndələri xəbərdarlıq ediblər ki, platforma 31 yanvar 2024-cü ildən etibarən Rusiya rublu ilə əməliyyatları dəstəkləməyi dayandıracaq. Kriptovalyuta birjası öz p2p platformasında rublu dəstəkləməyi dayandıracaq və onu ticarət cütlüklərinə daxil etməyəcək. Bununla belə, istifadəçilər hələ də CommEX platformasında rus valyutası ilə əməliyyatlar etmək imkanına malik olacaqlar – onlar “Binance” hesablarını platforma hesabına birləşdirərək rubl aktivlərini köçürə bilərlər: “Bundan əlavə, istifadəçilər 31 yanvar 2024-cü il saat 0:00-a (UTC) qədər Binance fiat partnyorları vasitəsilə rus rubllarını çıxara, konversiya alətindən istifadə edərək rus rublunu kriptovalyutaya çevirə və ya Binance spot bazarında rus rublunu kriptovalyutaya dəyişə bilərlər”.

2023-cü ilin sentyabrında Binance Rusiyadan tamamilə çıxdığını və biznesini CommEX-ə satdığını elan etdi. Birjanın baş uyğunluq mütəxəssisi Noah Perlmanın sözlərinə görə, ölkədə fəaliyyət göstərmək “Binance”in “uyğunluq strategiyası” ilə ziddiyyət təşkil edir. 26 avqust 2023-cü il tarixindən kriptovalyuta birjası ruslara rubldan başqa hər hansı valyuta əməliyyatı aparmağı qadağan edbi və noyabrın 15-dən rubl əmanətlərini dəstəkləməyi dayandırıb.