“Vətəndaşlarımız müasir sivilizasiyanın verdiyi imkanlardan bəhrələnirlər”backend

“Vətəndaşlarımız müasir sivilizasiyanın verdiyi imkanlardan bəhrələnirlər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda elektron hökumətin qurulmasına çox böyük diqqət edilir”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak etməsi ilə bağlı danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, onların çətinlik çəkmədən, “bir pəncərə” prinsipi ilə lazımi məlumat və ya sənədin əldə edilməsi istiqamətində böyük işlər görülür: “Bu istiqamətdə ASAN Xidməti, DOST Mərkəzinin yaradılmasını xüsusi qeyd etmək olar. Bu proses təkcə Bakıda öz əksini tapmayıb, regionlarda da şəbəkələrini yaradır.

Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda “DOST EVİ”nin yaradılması Azərbaycanda vətəndaşlara elektron xidmət göstərilməsində, bu sahədə maarifləndirmənin genişləndirilməsində çox əhəmiyyətli rol oynayır. Eyni zamanda, vətəndaşlarımız müasir sivilizasiyanın insanlara verdiyi bütün imkanlardan tədricən daha çox bəhrələnməyə başlayırlar. Heç bir şübhə yoxdur ki, bu cür mərkəzlər Azərbaycanın bütün regionları, xüsusilə də işğaldan azad olunan ərazilərində geniş yayılacaq”.

//Səbinə Hüseynli, Editor.az