Vətəndaşların NƏZƏRİNƏ: COVID-19 pasportu olmayanlar üçün bu gündən daha bir qadağa qüvvəyə mindibackend

Vətəndaşların NƏZƏRİNƏ: COVID-19 pasportu olmayanlar üçün bu gündən daha bir qadağa qüvvəyə mindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.

Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.