“Vətənim üçün nə etsəm, azdır” – Oleq Krapivin – VİDEObackend

“Vətənim üçün nə etsəm, azdır” – Oleq Krapivin – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krapivin Kiyevdə həm də “Oleq Bakinski” kimi tanınır. O, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.

101.az xəbər verir ki, sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər başlayandan, bir çox yerli sahibkar, fiziki şəxs öz yardımlarını əsirgəmədi. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırdı. Hər yardım etdiyində adının gizli qalmasını istəyən, əslən Şamaxıdan olan Oleq Krapivin İkinci Vətən müharibəsinin ilk günündən -qələbə günümüzədək azərbaycanlılarımızla çiyin-çiyinə arxa cəbhədə öz mübarizəsini apardı.Azərbaycan ordusuna 20 min USD yardım etdi, bundan əlavə yardım kampaniyalarında da aktiv iştirak etdi.
Həmçinin 21-ci əsrin hələ ki çarəsi tapılmayan bəlasına çevrilən COVİD-19 virusunun 1-ci dalğası dövründə, bir çox yerli kiçik və orta sahibkara, habelə ehtiyacı olan ailələrə maliyyə yardımları edən Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin müsahibələrinin birində Krapivin dediyi: “Mən bütün imkanlarımdan Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəyəm! Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur” ifadəsini əməldə göstərməkdə, azərbaycanlı missiyasını icra etməkdədir.
“Vətənim üçün nə etsəm, azdır. Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Bu torpağa, insanlara bağlılığım olub. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır…”
Qeyd edək ki, Krapivin Oleq 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı da var.

"Vətənim üçün nə etsəm, azdır'' – Oleq Krapivin - VİDEO"Vətənim üçün nə etsəm, azdır'' – Oleq Krapivin - VİDEO"Vətənim üçün nə etsəm, azdır'' – Oleq Krapivin - VİDEO