Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncə şəhərində uzun müddət məşqçi kimi futbolun inkişafında böyük zəhməti olmuş Tofiq Əliyevin 75 illik yubileyi ilə əlaqədar Kəpəzin futbol klubunun veteran oyunçularının iştirakı ilə tədbir təşkil edilib.
Editor.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gənclər və İdman naziri Fərid Qayıbovun və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından Tofiq müəllimi 75 illik yubileyi münasibətilə təbrik etmiş, dərin kökləri olan Gəncə futbolu haqqında geniş danışaraq Baş İdarə tərəfindən fəxri fərmanla təltif edib. Tofiq Əliyev göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirmiş və Gəncə futbolunun inkişafı üçün bundan sonrada Veteran futbolçu kimi öz töhfələrini verəcəyini qeyd etdi. Veteran futbolçular adından cızış edən Tofiq Məmmədov tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş və ictimai birlik olaraq, hər zaman Gəncədə futbolun inkişafı ilə bağlı öz töhfələrini verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Daha sonra Yubilyarın və digər futbol veteranlarının iştirakı ilə səmimi şəraitdə çay süfrəsi arxasında maraqlı müzakirələr aparılmış və kollektiv şəkil çəkdirilib.


