Vəzifədən gedən Xalq artisti dövlətə məxsus avtomobili təhvil vermək istəmir?backend

Vəzifədən gedən Xalq artisti dövlətə məxsus avtomobili təhvil vermək istəmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədova köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil verməyib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev köməkçisinin otağında oturur.

Məsələ ilə bağlı Xalq artisti Şəfiqə Məmmədova Demokrat.az-a açıqlamasında faktı dolayısı ilə təsdiq edib.

Xalq artisti deyib ki, qeydiyyat təsdiq olunan kimi artıq hər şey öz yerini alacaq:

“Hələ təsdiqlənməmişik. Təsdiqdən sonra telefon yeni sədrə keçəcək. İdarə heyəti yığılacaq. Bu məsələlərə baxılacaq. Deyilənə görə, qeydiyyat bu həftə bitəcək. Biz təhvili çoxdan vermişik. Sadəcə sənədlər hələ kollegiyadan keçməlidir. Amma biz artıq 2023-cü ilə görə bütün hesabları təhvil vermişik. Başqa nəyi təhvil verməliyik ki? Əvvəlki təşkilatda nə varsa, bu təşkilat ilə birləşdirmişik. Hər şeyin rəsmi qaydada təsdiqindən sonra hamısını elan edəcəyik”.

Şəfiqə Məmmədova qeyd edib ki, Ədliyyə Nazirliyi hələ də təşkilat kimi təsdiq etməyib:

“Bunların hamısı dövlətin, Ədliyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin nəzarəti altındadır. Məncə, burada sual yaradacaq bir məsələ yoxdur. Bütün proseslər bitib. Bütün sənədlər yığılıb, qeydiyyatı gözləyirik. Yığılacaq idarə heyəti təsdiq edilməlidir. Sədr də rəsmi qaydada təsdiq edilməlidir. Təhvil vərəcəyimiz bütün sənədlər qeydiyyata gedib.

Təbii ki, qeydiyyatdan sonra ittifaq yeniliklərlə öz işinə başlayacaq. Amma sədr çoxdan işləyir. Bütün bu proseslər hamısı dekabr ayında bitib”.