Vəzifəli şəxs vəfat etdibackend

Vəzifəli şəxs vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin böyük tibb bacısı Sevda Həsənova dünən vəfat edib.

Qeyd edək ki, Sevda Həsənova 1962-ci il tarixində Qazax rayonunda anadan olub.

1980-1983-cü illərdə Sumqayıt Tibb Kollecində təhsil alıb. 1983-1998-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyib. 1998-2015-ci illərdə Qazax rayon Dəri Zöhrəvi Dispanserində baş tibb bacısı vəzifəsində çalışıb.

2015-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin böyük tibb bacısı vəzifəsinə təyin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Qazax Rayon Mərkəzi Xəstəxana ərazi partiya təşkilatının sədri vəzifələrində çalışıb.