“Vəziyyət belə davam edərsə, Azərbaycanın tək çıxış yolu budur”- MÜSAHİBƏbackend

“Vəziyyət belə davam edərsə, Azərbaycanın tək çıxış yolu budur”- MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə müsahibəsini təqdim edir:

-Elşad bəy, mayın 14-də Brüssel çərçivəsində üçyərəfli görüş baş tutdu. Bunun ardınca isə daha iki görüşün baş tutması gözlənilir. Sizcə, bu platformalarda təşkil edilən görüşlərin tərəflər üçün effektiv nəticəsi olacaq?

-Azərbaycana qarşı müxtəlif güclərin basqıları var. Bundan yayınmaq və öz mövqelərimizi izah etmək üçün heç bir görüşdən qaçmaq lazım deyil. Qərəzli mövqe sərgilənən görüşlərdə iştirak etməkdən onsuz da imtina etmişik. Amma indiki halda uzun müddətdir ki, baş tutmayan Brüssel görüşü keçirildi və biz də öz mövqeyimizi ortaya qoyduq. Görüş çərçivəsində hərkəsi məlumatlandırdıq ki, Azərbaycan heç kəsdən çəkinmədən öz hüquqların sonuna qədər müdafiə edəcək. Əgər bir hadisə baş verəcəksə, bunun məsuliyyətini rəsmi İrəvan daşıyır. Çünki biz beynəlxalq hüquqa uyğun addımlar atırıq. Belə olduğu halda qarşı tərəf bundan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmini işə salır. Növbəti dəfə Moskvada, Kişinyovda planlaşdırılan görüşlərdə də iştirak edəcəyik. Lakin bu o demək deyil ki, biz öz maraqlarımızı reallaşdırmamalıyıq. Ermənistan hər hansı təxribat törədəcəksə, ona qarşı sərt cavabımızı da veririk. Bu müddət ərzində də göründüyü kimi Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, sərhəd- keçid məntəqəsini qurdu. Bu istiqamətdə bütün dünya bizə qarşı çıxırdı. Lakin biz haqlı mövqeyimizdən geri çəkilmədik.
Ermənilərin başa düşdüyü dil danışıqlar dili deyil. Belə olsa, onlar sülh müqaviləsini də imzalamayacaqlar. Nəticədə məcbur qalıb kapitulyasiya aktı imzalayacaqlar. İndiki halda da Ermənistan baş naziri Nikol Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Amma əməldə bir addım da geri çəkilmir. Ona görə də növbəti antiterror əməliyyatının keçirilməsi gözləniləndir. Bizim başqa çıxış yolumuz yoxdur. Azərbaycan ordusu buna hazırdır. Ermənilər car çəkir ki, Azərbaycan ordusu torpaqlarımıza daxil olub. Əvvala həmin ərazilər tarixən bizim torpaqlarımız olub. Onları geri qaytarmaq bizim borcumuzdur. Digər tərəfdən də delimitasiya və demarkasiya prosesi həyata keçirilməyib. Ermənilər sərhədlərimizi tanımayıb. Rəsmi İrəvanla Azərbaycan arasında heç bir konkret sərhəd yoxdur. Ona görə də o dövlət yaradılanda cəmi 9 min kvadratkilometri əhatə edirdi. İndi 29.8 min kvadratkilometr olub. Bu ərazilər bizimdir. Belə çıxır ki, beynəlxalq hüquqa əhəmiyyət verilmir. Gücü olan istəyini reallaşdırır.

-Ərazi məsələsinə toxundunuz, məlumdur ki, müzakirə olunan məsələlərdən biri də, tərəflərin qarşılıqlı ərazi bütövlüyünü tanıması idi. Ermənistanın təklif etdiyi 29.8 min kvadratkilometr ərazi iddiasına da razılıq verilib. Həmin ərazidən Zəngəzur dəhlizinin keçdiyini nəzərə alsaq, bu rəsmi İrəvanın üzərinə hər hansı öhdəlik qoyurmu?

-Əlbəttə qoyur. Ermənilər sözdə Xankəndi və ətraf əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Amma əməldə bu ərazilərdə Azərbaycanla Xankəndi arasında danışıqların olmasını eyni zamanda beynəlxalq müşahidəçilərin nəzarətinin təmin edilməsini istəyirlər. Bunlar söz oyunudur. Ona görə də ermənilərə inanıb bir addım belə geri çəkilmək olmaz. Azərbaycan ordusu hər gün irəliləməlidir. Biz işğaldan azad edilmiş ərazilərə milyardlarla vəsait ayırırıq. Onları təhlükə altında saxlaya bilmərik. Öz ərazilərimizin təhlükəsizliyini qorumaq üçün “təhlükəsizlik zolağı” götürməliyik. Necə ki, Türkiyə Suriyada bunu edib. 1920-ci illərdə və ondan sonra işğal olunmuş ərazilərimizi də geri qaytarmalıyıq.

-Elşad bəy, qeyd edim ki, bir tərəfdən normallaşma prosesi davam etsə də, digər tərəfdən Qarabağda yaşayan ermənilərin “Artsaxın müstəqilliyi”, sərhəd-keçid məntəqəsinin ləğv edilməsi naminə kütləvi aksiyalara da başlayır. Bu vəziyyəti necə dəyərləndirirsiniz?

-Bu cür addımların atılması aydın şəkildə göstərir ki, ermənilər mövcud reallıqla razı deyillər. Onlar bir addım da istəklərindən geri çəkilməyiblər. Qondarma qurum Artsaxın “müstəqilliyini” dünyaya tanıtmaq istəyirlər. Azərbaycan cəmiyyətinə inteqrasiya edib, birlikdə yaşamaq istəmirlər. Qarabağda yaşayan ermənilərin çox az qismi vətəndaşlığımızı qəbul edəcək. Böyük əksəriyyəti isə separatçılar, Azərbaycan xalqının düşmənləridir. Onlarla birgə yaşamaq düzgün deyil. Nəticə etibarilə yenə toqquşma baş verəcək. Antiterror əməliyyatı keçirəcəyik. Çıxış yolu yalnız budur.

//Safura Bənnayeva, Editor.az