Vəziyyət daha da GƏRGİNLƏŞİB: “Yaxın vaxtlarda…”- Bu, Ermənistanın seçimidirbackend

Vəziyyət daha da GƏRGİNLƏŞİB: “Yaxın vaxtlarda…”- Bu, Ermənistanın seçimidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-də Cenevrədə görüşü keçirilib. Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi, cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfi danışıqlar prosesindən xeyli kənarlaşıb:

“Rəsmi İrəvan sülhə bir iki ay əvvəl yaxın olduğu qədər indi uzaqdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmağına beynəlxalq güclər də imkan vermir. Proses nə zaman bu istiqamətdə irəliləsə buna mane olmağa çalışan qüvvələr artıq. Çünki Azərbaycan-Ermənistan problemində ortaq bir yolun əldə edilməsi bölgəyə təsir imkanlarını sıfırlayır. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan tərəfinin atdığı addımlar onu göstərir ki,  rəsmi Bakı bütün vəchlərlə sülh sənədinin imzalanmasına nail olmağa çalışır. Ancaq hazırda proseslər göstərir ki, sülhdən daha çox münasibətlər  gərginləşib və müharibəyə doğru gedir. Yəqin ki, biz qanlı və ciddi toqquşmanın yaxın vaxtlar da şahidi olacağıq və bu, Ermənistanın seçimidir”.

//Gülnarə Abasova, Editor.az