Vəziyyət dəyişib: “ABŞ çox danışacaq, Azərbaycan az eşidəcək”- Təhlilbackend

Vəziyyət dəyişib: “ABŞ çox danışacaq, Azərbaycan az eşidəcək”- Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib: “Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.

Ağ Evin Cənubi Qafqazla bağlı siyasəti artıq çoxlarına məlumdur. ABŞ əvvəllər siyasətini müəyyən qədər “pərdələməyə” çalışırdı. İndi isə açıq şəkildə niyyətini gizlətmir. Çünki regionda yaranan yeni reallıqlar ABŞ-ı narahat edir.

Əvvəldə dediyimiz kimi, ABŞ regionda sülh istəmir. ABŞ regiondakı mövcudluğunu ancaq gərginlik naminə təmin edə bilər. İkincisi isə Vaşinqton həm də Moskvanın bölgədəki təsir gücünün azalmasına çalışır. ABŞ-ın Cənubi Qafqazla bağlı son vaxtlar xüsusi fəallıq göstərməsi heç də təsadüfi deyil. Çünki Vaşinqton Bakının bölgədə yeni reallıqlar yaratdığını və artıq sülh dövrünün çatdığını anlayır. İrəvanla Bakı qarşılıqlı etimad mühitinin yaranması o qədər də çətin deyil. Bu isə ABŞ-ı qorxudur. Ehtimal olunan sülh sazişi nəticəsində ABŞ-ın bölgəyə çıxışının qarşısı alınacaq.
Rəsmi Vaşinqton Ermənistan üzərində “kökə və qamçı” siyasəti yeridir. Bəzən şirnikləndirir, bəzən də təzyiq göstərir.
Əvvəl də dediyimiz kimi, siyasətdə bəyanatlara yox, atılan addımlara fikir vermək lazımdır. Və gün kimi aydındır ki, ABŞ-ın addımları ilə sözləri üst-üstə düşmür.

Məsələ ondan ibarətdir ki, ABŞ otuz il ərzində ATƏT- in həmsədri kimi münasibətlərin normallaşması ilə bağlı məsuliyyət daşıyanlardan biri olub. Amma rəsmi Vaşinqton kifayət qədər təsir imkanına rəğmən, bunu bacarmayıb. Çünki istəməyib. ABŞ – ın otuz ildə bacarmadığını Azərbaycan 44 günə etdi. Cəmi 44 günə.

İkincisi, ABŞ, həqiqətən, vasitəçilikdə iddialıdırsa, niyə hələ də tərəf tutmağa davam edir? Niyə Ermənistanın şıltaqlığına göz yumur? Niyə İrəvana sülh üçün təzyiq göstərmək əvəzinə, Azərbaycana çağırışlar edir? Bu, Vaşinqtonun səmimiliyini sual altına salır. M. Karpenterin açıqlamasında diqqətçəkən əsas məqamlardan biri Ermənistan və Azərbaycan görüşlərin keçirilməsi üçün işlərin davam etdiriləcəyi barədədir. Məlumdur ki, ABŞ növbəti görüşə ev sahibliyi etməyə çalışır. Bu, İrəvanın da ürəyindəndir. Amma düşünürəm ki, rəsmi Bakı buna razı olmamalıdır və olmayacaq. Azərbaycan öz mövqeyini konkret şəkildə ABŞ-a təqdim etməlidir. Bundan sonra Vaşinqtonun mövqeyində müəyyən yumşalmalar ola bilər.
Yəqin ki, Ağ Ev bundan sonra da çox danışacaq. Amma daha biz az eşidəcəyik. Çünki ABŞ artıq etimadı itirib.

//Kənan Novruzov, Editor.az