Vəziyyət DƏYİŞİR: “Rusiya çıxılmaz durumdadır”- ŞƏRHbackend

Vəziyyət DƏYİŞİR: “Rusiya çıxılmaz durumdadır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ordusunun Kurs istiqamətində Rusiya ərazilərinə hücum etməsi və bir sıra əraziləri ələ keçirməsi faktı Rusiya daxil, hamı üçün gözlənilməz oldu. “Gözlənilməzlik” faktorunun  Ukrayna ordusuna hələlik uğur gətirdiyi görünür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, bildirib ki, Rusiya çox çətin vəziyyətə düşüb və çıxılmaz durumdadır:

“Ukraynanın bu addımı Rusiyanın imicinə böyük zərbə olub. Onsuz da Ukrayna müharibəsindəki vəziyyəti ilə əlaqəli imic itirilməsinə bir zərbə də indi vuruldu. Rusiya bu hücumları genişmiqyaslı terror hadisəsi kimi adlandırıb və antiterror əməliyyatının aparılması üçün Vladimir Putin göstəriş verib. Bu, vəziyyəti dəyişir. Məsələ ondadır ki, Rusiya buna Ukrayna ordusunun Rusiya ərazisinə genişmiqyaslı hücumu adı versəydi, bu, KTMT-nin fəaliyyət dairəsinə düşürdü. Amma antiterror əməliyyatı kimi KTMT-nin bu əməliyyatlara cəlb edilməsi üçün hələ ki, hüquqi baza yoxdur.  Məsələ ondadır ki, KTMT-nin Rusiyaya köməyə gələcəyi də şübhə altındadır. Belarus xaric, digər üzvlərin, xüsusilə də, Ermənistanın bu əməliyyatlara qoşulacağı ehtimalı yox dairəsindədir. Amma qoşulsalar belə, “nə kimi köməkləri dəyə bilər?” sualı da ayrı məsələdir”.

Politoloqun sözlərinə görə, yaxında Ukrayna ordusunun Rusiya ərazisindən çıxma ehtimalı böyükdür:

“Bu hərəkat Rusiyaya şərtlər qoymaq üçün edilib. Ukrayna ərazilərinin ələ keçirilmiş ərazilərlə dəyişdirilməsi gündəmdə olacaq.BErmənistan KTMT-də fəaliyyətini dondurub. Bu durumda Rusiyaya ordu göndərməsi mümkünsüzdür. Amma Rusiyanın Ermənistan ordusuna möhtac qaldığını görmək də ayrı məsələdir. Ermənistan sırf bu amil səbəbindən Rusiyaya orduya bənzər nəsə göndərə bilər. Ukrayna ordusunun erməni əsgərini məhv edəcəyi və ya girov götürəcəyi görüntülər isə ayrı danışıqların mövzuları olacaq. Tragekomik görüntülər onda yaşanacaq”.

//Gülnarə Abasova, Editor.az