Vəziyyət gərginləşir: “Azərbaycan dəfələrlə xəbərdarlıq edib”-AÇIQLAMAbackend

Vəziyyət gərginləşir: “Azərbaycan dəfələrlə xəbərdarlıq edib”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Genişmiqyaslı hər hansı hərbi əməliyyat olmayacaq, ancaq lokal xarakterli hərbi əməliyyatlar gözləniləndir”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Üzeyir Cəfərov Qarabağda 10 mindən çox silahlı separatçının varlığının Rusiya tərəfindən görməzdən gəlinməsinin yeni hərbi əməliyyata zəmin yaratması kimi qiymətləndirilən süjetin erməniləri təşvişə salmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda yerləşdirilmiş qeyri-qanuni silahlı birləşmələri tərki-silah etmək üçün bu günə qədər bir neçə əməliyyat həyata keçirib: “Bundan sonra da təşkil ediləcək antiterrorun hansı miqyasda və istiqamətdə olacağını ölkə rəhbərliyi bilir. Hesab edirəm ki, bu qaçınılmazdır. Azərbaycan Televiziyasının “Qisas-3″ antiterror əməliyyatı ilə bağlı keçirdiyi sorğudan Ermənistan panikaya düşüb. Onların narahatçılığı da başa düşüləndir. Ermənistan başa düşməlidir ki, bu barədə Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi. Rəsmi Bakı heç bir halda öz ərazisində ikinci erməni dövlətinin olmasına heç vaxt imkan verməyəcək. Qanunsuz silahlı birləşmələr də ərazilərimizdən çıxarılmalıdır. Cinayətdə əli olan şəxslər isə məsuliyyətə cəlb olunacaqlar. Digər insanlara da Azərbaycan qanunları humanistlik nümayiş etdirəcək. İndiki vəziyyət göstərir ki, proseslər gərginləşəcək və toqquşma səviyyəsinə çatacaq. Azərbaycan yenidən silaha əl atmağa məcbur olacaq”.

//Safura Bənnayeva, Editor.az