Vəziyyət gərginləşir: “Bu, Rusiyaya meydan oxumaq, onu təhrik etməkdir”backend

Vəziyyət gərginləşir: “Bu, Rusiyaya meydan oxumaq, onu təhrik etməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna uğrunda qlobal hegomoniyaya sahib olmaq üçün kollektiv Qərblə Rusiya arasında gedən savaş, Ukrayna ordusunun və Qərbdən göndərilmiş muzdlu döyüşçülərin Kursk vilayətinə hücumu ilə yeni bir mərhələyə, həm də həlledici mərhələyə keçdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın məşhur Forward Observation Group xüsusi hərbi kampaniyasının Kurskdan “Bizim oğlanlar Kurskda” başlığı ilə şəkillər paylaşması təsadüfi deyil:

“Bu əslində Rusiyaya meydan oxumaq, onu təhrik etməkdir. Savaşın yeni, daha da qanlı fazaya daxil olması, görünür qlobal güclərin maraqlarına və planlarına daxildir. Nəzərə alsaq ki, Belarusiya da öz qoşunlarını və döyüş texnikasını həm Kursk istiqamətinə, həm də Belarusiya-Ukrayna sərhədlərinə doğru dislokasiya edir, deməli savaşın daha da şiddətlənmə ehtimalı böyükdür. Belarusiya prezidenti A.Lukaşenkonun son günlər bir sıra media orqanlarına verdiyi müsahibələrdə nüvə silahından istifadə ehtimalından danışması, baş verə biləcək hadisələrdə ən qorxulu ssenarinin nə qədər real olduğunu açıq-aydın göstərir. Qeyd etmək yerinə düşər ki, nüvə silahından istifadə etmək ehtimalı təkcə Rusiya-Ukrayna savaşında deyil, Yaxın Şərq və Sakit Okean hiterlandında da ehtimal edilən ssenarilər arasındadır. İnsanlığı belə bir fəlakətli gələcəkdən qorumağın ilk addımı Rusiya-Ukrayna savaşında atəşkəsə nail olmaq vacibdir. Lakin tərəflərin və onları dəstəkləyən maraqlı qüvvələrin belə bir niyyəti, hələ ki, real görünmür”.

//Gülnarə Abasova, Editor.az