Vəziyyət gərginləşir: “Xeyli sayda itki var”backend

Vəziyyət gərginləşir: “Xeyli sayda itki var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənub istiqamətində vəziyyət gərgin olaraq qalır, Ukrayna Silahlı Qüvvələri bir gündə rusların iki tankını on silahını məhv etməyə müvəffəq olub”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, gün ərzində ruslar cənubda üç FPV pilotsuz uçuş aparatından istifadə edib və digər modifikasiyalı PUA-lardan atəş açıb. Rusiya Silahlı Qüvvələri həmçinin 520-dən çox mərmidən istifadə etməklə 90-a yaxın artilleriya hücumu həyata keçirib, o cümlədən 11-i yaşayış məntəqəsini atəşə tutub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri gün ərzində 22 rus hərbiçisi, iki tankı, səkkiz silahı və eyni sayda zirehli texnikası, həmçinin “Lancet” hücum PUA-sı məhv edib.

//Safura Bənnayeva, Editor.az