Vəziyyət kəskin şəkildə dəyişə bilər: Rusiya Türkiyə ilə…backend

Vəziyyət kəskin şəkildə dəyişə bilər: Rusiya Türkiyə ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti maliyyə mesajlarının ötürülməsi üçün beynəlxalq SWIFT sistemindən imtina etməyə çalışır .

Publika.az “Radio Svoboda”ya istinadlan xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Maksım Oreşkin məlumat verib.

“SWIFT ilə hər şey çox sadədir: biz onu lazımsız edəcəyik. Biz indi diqqətimizi xarici iqtisadi fəaliyyəti mümkün qədər rahat etməyə cəmləyirik”, – Oreşkin bildirib.

O qeyd edib ki, Rusiya hakimiyyəti gələn həftə Türkiyədən olan tərəfdaşları ilə görüşərək ödəniş parametrlərini müzakirə edəcək. Oreşkin əlavə edib ki, “vəziyyəti kəskin şəkildə dəyişə biləcək” innovativ ideyalar Çinlə də müzakirə olunur.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra sanksiyalar çərçivəsində “Sberbank” və VTB daxil olmaqla bir neçə Rusiya bankı SWIFT-dən kənarlaşdırılıb.

Hüseyn İbadlı