Rusiyanın Ukraynaya yeni hücumları ilə əlaqədar dünya liderlərinin müşavirəsi keçiriləcək.
Bu barədə Editor.az Yelisey sarayındakı mənbələrə istinadən xəbər verir. Həmin xəbərə görə, aprelin 19-da ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa, Rumıniya və s. dövlətlərin liderləri bir araya gələcək. Görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel də iştirak edəcəklər.
Editor.az

