“Görünən odur ki, Ermənistan hakimiyyəti ölkənin idarə olunmasını təmin edə bilmir, səhvlər, uğursuzluqlar bir-birinin ardınca gedir”.
Bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan parlament binası yaxınlığında keçirilən mitinqdə deyib.
“Vəziyyət doğrudan da kritikdir. Siyasi cəbhədə heç kim yoxdur, sadəcə uğursuzluqlar var. İndiki vəziyyət hakimiyyətin kobud səhvlərinin nəticəsidir. Görünən odur ki, hakimiyyət ölkəni idarə etmək iqtidarında deyil”, – Tatoyan bildirib.
//publika.az

