“Vəziyyət qorxuludur” – ABŞ və Rusiya Donbasda döyüşə hazırlaşırbackend

“Vəziyyət qorxuludur” – ABŞ və Rusiya Donbasda döyüşə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbasda növbəti eskalasiya ABŞ və Rusiyanı üz-üzə qoyub.

Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynanı tək qoymayacaqlarını, Rusiyanın aqressiv addımlarına imkan verməyəcəklərini açıqlayıb.

Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Ukrayna Müdafiə naziri Andrey Taran amerikalı həmkarı ilə telefon danışığında Ostin belə deyib.

L.Ostin Ukraynaya dəstək verəcəklərini təsdiqləyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın müdaxilə edəcəyi təqdirdə Rusiyanın səssiz qalmayacağını açıqlayıb.

“ABŞ Ukraynaya ordu göndərərsə, bu, Rusiyanın sərhədləri yaxınlığında gərginliyin artması ilə nəticələnə bilər. Bu vəziyyətdə Rusiya təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atacaq”, – Peskov bildirib. Lakin o, hansı addımların atılacağını açıqlamayıb.

D.Peskov Donbasda vəziyyətin qorxulu olduğunu da qeyd edib və Ukrayna tərəfini atəşkəsi pozmaqda ittiham edib.