Viktor Orban Amerikasız, yeni “NATO” yaratmağı təklif edibbackend

Viktor Orban Amerikasız, yeni “NATO” yaratmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Avropa İttifaqı ölkələri (Aİ) ABŞ-ın olmayacağı NATO-nun analoqunu yaratmaq barədə düşünməlidir.

Editor.az bildirir ki, belə bir açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib. O, izah edib ki, Vaşinqton tez-tez beynəlxalq təhlükəsizlik məsələlərinin həllində öz məqsədlərini güdür, ona görə də avropalıların öz ittifaqına ehtiyacı var. Orbanın sözlərinə görə, Aİ təhlükəsizliyini gücləndirmək üçün əlavə səylər göstərməli, ABŞ-ın köməyi olmadan özlərini müdafiə edə bilməlidirlər.

Bir il əvvəl Aİ “Strateji Kompas” müdafiə konsepsiyasını təsdiqləyib. Konsepsiya 2030-cu ilə qədər nəzərdə tutulub və 5000 nəfərlik çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur. AB-dən izah ediblər ki, bu, böhranlara ildırım sürəti ilə cavab vermək üçün lazımdır. Xatırladaq ki, ötən həftə Avropa İttifaqı yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Məhdudlaşdırıcı tədbirlər üç Rusiya bankına və Rusiya hərbi-sənaye kompleksinə dəstək verən 96 təşkilata şamil edilib.

  //Samir Qurbanov, Editor.az