Viktor Orban: Avropa İttifaqı tezliklə dağılacaq, Ukrayna ərazilərinin 30 %-ni itirəcək, müsəlmanlar Fransa əhalisinin əksəriyyətini təşkil edəcək…backend

Viktor Orban: Avropa İttifaqı tezliklə dağılacaq, Ukrayna ərazilərinin 30 %-ni itirəcək, müsəlmanlar Fransa əhalisinin əksəriyyətini təşkil edəcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban sensasion çıxışlarını davam etdirir. O, 2030-cu ilə qədər Avropa Birliyinin dağılacağını və “müsəlman miqrantların” Fransa əhalisinin əksəriyyətinə çevriləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə siyasətçi Ketç qəsəbəsində tərəfdarları ilə qapalı görüşü zamanı deyib. Orban həmçinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasına qarşı çıxacağını da bildirib. Siyasətçinin sözlərinə görə, o, Rusiya əleyhinə məhdudiyyətlər mövzusunda təkdir, lakin tezliklə İtaliyada hakimiyyət dəyişikliyinə ümid edir. Orban əmindir ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməklə “özünü ayağından vurur”.

Bu səbəbdən qışda “Avropada sənayenin 40%-ə qədəri dayanacaq”. Macarıstanın baş naziri deyib ki, “Avropada qitənin maraqlarını tanıyan və ona uyğun hərəkət edən və başqalarını buna inandıra bilən lider yoxdur”. Onun fikrincə, əvvəllər belə bir lider Angela Merkel idi. Orban Rusiyanın Ukraynaya qarşı müharibəsindən də danışıb. O, “müharibə lokal xarakter daşısa da, Qərb müdaxilə edir” deyib. O, hərbi əməliyyatların 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırdığını, bunun da nəticəsində Ukraynanın guya “ərazilərinin üçdə birini və ya yarısını itirəcəyini” söyləyib. Qeyd edək ki, bundan əvvəl Orban Rusiya Federasiyasına qarşı sanksiyaların Avropa İttifaqının iqtisadiyyatını “öldürəcəyini” bildirmişdi.

  //Samir,Editor.az