Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırdıbackend

Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etməsinin “vaxtı çatıb”, çünki Donald Tramp administrasiyası “yeni era”nı açmağa hazırdır.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” xəbər verib: “Sanksiyaları pəncərədən atıb ruslarla sanksiyasız münasibət qurmağın vaxtıdır”. Eyni zamanda Orban deyib ki, Aİ-nin Rusiya sanksiyaları ilə bağlı mövqeyini dəyişməsi üçün “bir neçə ay” lazım ola bilər. O, blokun “ayıqlaşma mərhələsində olması lazım olduğunu”, lakin hələ də sanksiyaları “ikiqat” artırdığını bildirib.
Xatırladaq ki, Aİ artıq Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib ki, bu da hər altı aydan bir yenilənməlidir. 27 üzv dövlətin yekdil səs verməsini tələb edən başqa bir uzadılma isə Trampın andiçmə mərasimindən 11 gün sonra, yanvarın sonuna qədər olmalıdır.

//Samir Qurbanov, Editor az