Viktor Orban Avropa İttifaqının Ukraynaya ayırdığı 50 milyard avroluq yardım paketinə veto qoydubackend

Viktor Orban Avropa İttifaqının Ukraynaya ayırdığı 50 milyard avroluq yardım paketinə veto qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramı ilə bağlı qərara veto qoyduğunu bildirib.

Onun sözlərinə görə, indi Aİ bu məsələyə yalnız gələn il qayıdacaq. “Gecə növbəsinin nəticəsi: Ukrayna üçün əlavə pula veto, çoxillik büdcəyə yenidən baxılmasına veto. Müvafiq hazırlıqdan sonra gələn il Aİ sammitində bu məsələyə qayıdacağıq”.

Editor.az xəbər verir ki, bu barədə o, Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunları üzrə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. Bir gün əvvəl Avropanın büdcə komissarı Johannes Hahn “Reuters”ə müsahibəsində Macarıstanın bu qərarı əngəlləməklə təhdid etməsinə baxmayaraq, Aİ liderlərinin Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələcəklərini söyləyirdi. Ehtimal edilirdi ki, Aİ 2027-ci ilə qədər büdcəsinə düzəliş edəcək və Kiyev üçün 33 milyard avro kredit və 17 milyard avro qrant daxil edəcək.

Daha əvvəl Baş nazirin baş siyasi müşaviri Balaş Orbanın Macarıstanın Budapeştə 30 milyard avronun dondurulmaması müqabilində Ukraynaya qoyulan paketə vetosunu ləğv etməyə hazır olduğunu bildirmişdi. Bundan əvvəl Aİ Macarıstana ayrılan vəsaitin bir hissəsini ölkədəki korrupsiya ilə bağlı problemlərə görə dondurmuşdu.

//Samir Qurbanov, Editor.az