Macarıstanın baş naziri Viktor Orban fevralın 1-də keçiriləcək sammitdə Avropa İttifaqının (Aİ) Ukraynaya növbəti maliyyə tranşının ayrılmasını təsdiqləməyə hazır olduğunu bildirib.
Editor.az bildirir ki, bunu Orban “Point”ə müsahibəsində deyib. O, məbləğin hər il yenidən təsdiqlənəcəyinə dair təminat alsa, bu qərarı dəstəkləyəcəyini açıqlayıb. “Macarıstan 27-nin (Aİ ölkələri) qərarında iştirak etməyə hazırdır, əgər hər il bu pulun göndərilməsini davam etdirib-etdirməyəcəyimizə qərar verəcəyimizə zəmanət verilirsə. Və bu illik qərarın indiki kimi hüquqi əsası olmalıdır: o, yekdil olmalıdır”, –Orban deyib.
2023-cü ilin dekabrında Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramına dair qərara veto qoyub. “Financial Times”a görə, Aİ Kiyevə yardımı yenidən bloklayacağı təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq planı hazırlayır. Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka ölkəsinin şantajlara boyun əyməyəcəyini bildirib.
//Samir Qurbanov, Editor.az