Macarıstan Aİ ölkələri ilə birlikdə Ukraynaya dəstək verməyə hazırdır, lakin…backend

Macarıstan Aİ ölkələri ilə birlikdə Ukraynaya dəstək verməyə hazırdır, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Aİ ölkələri ilə birlikdə Ukraynaya dəstək verməyə hazırdır.

Editor.az bildirir ki, bunu baş nazir Viktor Orban deyib. Lakin o, vurğulayıb ki, Ukraynanın maliyyələşdirilməsi Aİ büdcəsinə ziyan vurmamalıdır. Onun fikrincə, Ukraynanın ehtiyacları üçün nəzərdə tutulan istənilən maliyyə fondu Avropa büdcəsindən ayrılmalıdır.

“Əgər biz Ukraynaya kömək etmək istəyiriksə və hesab edirəm ki, bunu etməliyik. Ancaq bunu Aİ büdcəsinə zərər verməyəcək şəkildə etməliyik. Amma dörd il əvvəldən Aİ büdcəsindən 50 milyard avro ayırmaq Aİ-nin suverenliyinin və milli maraqlarının pozulmasıdır. İlin rübündə nə baş verəcəyini belə bilmirik”, – deyə Orban Slovakiya hökumətinin başçısı Robert Fiko ilə mətbuat konfransında bildirib.

Viktor Orbanın fikrincə, Ukraynaya maliyyə yardımı Aİ büdcəsindən kənarda göstərilməlidir. O qeyd edib ki, Brüssel bu şərti qəbul etməsə, o zaman Budapeşt Kiyevə yardımın razılaşdırılması prosesini dayandırmağa məcbur olacaq.

Qeyd edək ki, 2023-cü il dekabrın ortalarında Macarıstanın baş naziri Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramına dair qərara veto qoyub.

Budapeşt Kiyevə yardımı hər il nəzərdən keçirmək imkanı əldə etdiyi təqdirdə vetonu ləğv etməyə hazırdır. “Financial Times”ın məlumatına görə, Avropa Komissiyası bu tələblərə əməl etmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az