Viktor Orban Kiyevə gəlirbackend

Viktor Orban Kiyevə gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Editor.az bildirir ki, bu barədə “Financial Times” mənbələrə istinadən xəbər verir. Bu, Macarıstanın baş nazirinin 2022-ci ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra Ukraynaya ilk səfəridir.

FT mənbəyi iddia edir ki, Viktor Orban Kiyevdə digər yüksək vəzifəli rəsmilərlə də görüşəcək. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində baş nazirin səfəri ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Eyni zamanda nəşrin digər mənbəsi də bunu təsdiqləyib.

“Son dəqiqədə dəyişiklik olmasa, Orban sabah burada olacaq” – deyib. FT qeyd edir ki, Viktor Orbanın gəlişi Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edəndən bir gün sonra baş tutacaq. 2022-ci ildən bəri bütün Aİ liderləri Ukraynaya səfər edib. Nəşrin mənbələrinin məlumatına görə, səfər Brüsseldə keçirilən sammitdə Ukraynanın qərbində Zakarpat bölgəsində yaşayan macarların problemi ilə bağlı danışıqlardan sonra razılaşdırılıb. Macarıstan hakimiyyəti Ukraynada 150 min macarın yaşadığını iddia edir.

//Samir Qurbanov, Editor.az