Viktor Orban: “NATO Ukraynadakı hərbi münaqişədə iştirak etmək üçün yol axtarır”backend

Viktor Orban: “NATO Ukraynadakı hərbi münaqişədə iştirak etmək üçün yol axtarır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Brüsseldəki mənzil-qərargahında işçi qrupları Ukraynadakı hərbi münaqişəyə qoşulmağın yollarını axtarır.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun efirində bildirib. Onun sözlərinə görə, hazırda Brüsseldə alyansın mərkəzində maliyyə komissiyası və hazırlıq komissiyası işləyir. Orban bildirib ki, işçi qruplar Alyansın bu müharibədə necə iştirak edə biləcəyini müəyyənləşdirməyə çalışır. Viktor Orban həmçinin bildirib ki, Qərb ölkələrində siyasətçilərin Rusiya təhlükəsi ilə bağlı bəyanatları Rusiya Federasiyası ilə müharibəyə hazırlıq kimi qiymətləndirilməlidir.

Macarıstan lideri hesab edir ki, bu gün dünyada baş verənlər Birinci və İkinci Dünya Müharibələrindən əvvəlki əhval-ruhiyyəyə bənzəyir və bunu mətbuatda, siyasətçilərin açıqlamalarında görmək olar.

//Gülnarə Abasova, Editor.az