Viktor Orban Ukrayna ərazisində gedən qanlı döyüşləri “müharibə” hesab etmirbackend

Viktor Orban Ukrayna ərazisində gedən qanlı döyüşləri “müharibə” hesab etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keçirdiyi mətbuat konfransında Ukrayna ərazisində gedən döyüşlərin “müharibə” adlandırılmasına şübhə ilə yanaşdığını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” termini Ukraynadakı münaqişəni təyin etmək üçün daha uyğundur. Orbanın sözlərinə görə, Ukrayna ilə Rusiya arasında “müharibə elan olunmayıb”.

O hesab edir ki, Rusiya bunu elan edəndə müharibə baş verəcək. “Biz sevinməliyik ki, müharibə elan olunmayıb, çünki o zaman ümumi səfərbərlik olacaq. Mən bunu heç kimə arzulamıram”, – deyə o əlavə edib.
Qeyd edək ki, Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsi barəsində həbs qərarı çıxardıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşən ilk Aİ lideri olub.

Görüş oktyabrın 17-də Pekində baş tutub. Sonra Viktor Orban Ukraynadakı döyüşləri “hərbi əməliyyat” adlandırıb. “Bloomberg” qeyd edir ki, bugünkü mətbuat konfransında Orban prezident Putinlə növbəti görüş də daxil olmaqla, “müharibə” sözünü işlətməyə hazır olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az