Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlardan əvvəl ərazi məsələləri də daxil olmaqla bir sıra çətin suallara cavab verilməlidir.
Editor.az bildirir ki, Macarıstanın baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı payızda Brüsseldə aparılan danışıqlar zamanı tərəfdaşlar “müharibə şəraitində olan bir ölkənin üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirə biləcəkləri sualından yayına bilmirlər.
Biz bu ölkənin ərazisinin nə qədər böyük olduğunu bilmirik, çünki müharibə hələ də davam edir. Əhalisinin nə qədər böyük olduğunu bilmirik, çünki onlar qaçırlar. Parametrlərini bilmədən bir ölkəni AB-yə qəbul etmək görünməmiş bir şey olardı”, – Orban deyib. Macarıstanın baş naziri həmçinin qeyd edib ki, “üzvlük danışıqlarına başlamaq üçün qərar qəbul edilməzdən əvvəl çox uzun və çətin suallara cavab verilməlidir”.
//Samir Qurbanov, Editor.az

