Viktor Orban Ukraynanın Aİ-yə daxil olması məsələsini 5-10 il sonraya saxlamağı təklif edibbackend

Viktor Orban Ukraynanın Aİ-yə daxil olması məsələsini 5-10 il sonraya saxlamağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, Ukraynanın üzvlük məsələsinin dekabrda keçiriləcək Aİ sammitinin gündəliyinə salınmasını lazım görmür.

Onun fikrincə, ölkələr arasında razılaşma olmayacaq. Orban həmçinin Ukraynanın Aİ-yə daxil olması məsələsinin 5-10 il müddətinə təxirə salınmasını da təklif edib. Bir sözlə, Macarıstan rəhbərliyinin hərəkətləri səbəbindən Aİ-də böhran yaranır və bu parçalanmaya səbəb ola bilər.

Editor.az bildirir ki, bu brədə “Politico” nəşri yazıb.

Viktor Orbanın sözlərinə görə, Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara veto qoymayacaq, çünki müəyyən məsələlərdə qərarlar yalnız bütün üzv ölkələrin razılığı ilə qəbul edilir. Onun fikrincə, bu məsələdə konsensus yoxdur. “Əvvəlcədən görünür ki, heç bir razılaşma olmayacaq.

Ona görə də mən Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamamağı… və bunu gündəmə gətirməməyi təklif etdim”, – deyə Viktor Orban “Kossuth” radiosunda deyib. “Əgər bizim fikrimizə sual verilsə, mən Avropa İttifaqına Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamağı təklif edəcəm və bu, 5-10 il çəkəcək. Gəlin onları yaxınlaşdıraq, indi məsafə çox böyükdür”, – deyə Macarıstanın baş naziri əlavə edib.

//Samir Qurbanov, Editor.az