Viktor Orbandan etiraf: Vladimir Zelenski onun “atəşkəs” təklifini rədd edibbackend

Viktor Orbandan etiraf: Vladimir Zelenski onun “atəşkəs” təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban etiraf edib ki, prezident Vladimir Zelenski Ukrayna və Rusiya arasında hazırkı cəbhə xəttində “atəşkəş”in dondurulması təklifini rədd edib.

İkitərəfli danışıqlar başa çatdıqdan sonra mətbuata açıqlama verən Orban Zelenskiyə cəbhədə dərhal atəşkəs təklif etdiyini və bunun sülh danışıqlarını sürətləndirəcəyini bildirib. Macarıstanın baş naziri öz təşəbbüsündə israr etmədiyini və Ukraynanın arqumentlərini qəbul etdiyini vurğulayıb. Macarıstan nümayəndə heyəti ilə Kiyevə gələn Putinyönlü jurnalistə müsahibə verən Orban, Zelenskinin onun “dərhal atəşkəs” ideyasını rədd etdiyinə dair ehtimalı təsdiqləyib.

Onun sözlərinə görə, Ukrayna lideri deyib ki, o, Orbanın planının məntiqinə şübhə edir və onu dəstəkləmir. Çünki Ukraynanın Rusiya ilə barışıq cəhdi ilə bağlı pis təcrübəsi var. Orban ondan sitat gətirib ki, bu cür barışıqlar “Ukrayna üçün heç vaxt yaxşı bitməyib”.

//Samir Qurbanov, Editor.az