Viktor Yanukoviçin keçmiş müşavirini İspaniyada güllələyib qətlə yetirdilərbackend

Viktor Yanukoviçin keçmiş müşavirini İspaniyada güllələyib qətlə yetirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin administrasiyası rəhbərinin müavini və müşaviri vəzifəsində çalışmış Andriy Portnov Madrid yaxınlığında güllələnərək öldürülüb.

Editor.az bildirir ki, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb. Hadisə Pozuelo de Alarkon kəndində, məktəbin yaxınlığında baş verib. Radiostansiyanın polis mənbələri motosikletli bir şəxsin binanın qapısında Portnoyu gözlədiyini və onun qətli törətdikdən sonra qaçdığını bildirib. İlkin məlumata görə, keçmiş məmur döş qəfəsindən dörd, başından isə bir güllə yarası alıb. Hadisə yerinə gələn təcili yardım “həyata uyğun gəlməyən xəsarətlərdən öldüyünü təsdiqləyib”.

Xatırladaq ki, Andrey Portnov 2005-2010-cu illərdə Yuliya Timoşenkonun komandasının baş hüquqşünası olub. 2011-2014-cü illərdə o, Ukrayna prezidenti Viktor Yanukoviçin müşaviri işləməklə yanaşı, prezident administrasiyasında məhkəmə məsələləri ilə məşğul olub. Yanukoviç və Portnov Ukrayna prokurorluğu tərəfindən Avromaydan fəallarının kütləvi qətlində əli olmaqda ittiham olunur. Ukrayna Daxili İşlər Nazirliyi də Andrey Portnova qarşı əmlakın mənimsənilməsi maddəsi ilə cinayət işi açıb. Prokurorluğun məlumatına görə, o, qanunsuz olaraq T.Şevçenko adına Kiyev Milli Universitetinin Konstitusiya hüququ kafedrasına rəhbərlik edib. Rəsmi bütün ittihamları rədd edib.

//Samir Qurbanov, Editor.az