Viktoriya Nuland: “Abrams” tanklarını yaza qədər Ukraynaya…backend

Viktoriya Nuland: “Abrams” tanklarını yaza qədər Ukraynaya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abrams” tanklarını yaza qədər Ukraynaya çatdırmaq mümkün olmayacaq.

Editor.az bildirir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatda çıxışı zamanı bildirib. Xanım Nuland qeyd edib ki, “Abrams” çox “mürəkkəb” tankdır və ciddi təlim tələb edir: “Dünən bu tankları təsdiq etməyimizə baxmayaraq, onları döyüş meydanına çatdırmaq bir qədər vaxt aparacaq.

Onlar yaz hücumuna qədər orada görünməyəcəklər”, – Nuland deyib. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden yanvarın 25-də Ukraynaya 31 “Abrams” tankının göndəriləcəyini açıqlayıb.

 //Samir Qurbanov, Editor.az