Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi rəis təyin etdi – FOTObackend

Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi rəis təyin etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.

Editor.az bildirir ki, manset az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.