Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşübbackend

Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir Vilayət Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib.

İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv olaraq inkişafına daim önəm verdiyini bildirib. O, bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığını nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Seyfullah Hacımüftüoğlu iki ölkənin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının nümayəndələri iştirak ediblər.