Vilayət Eyvazov Xocalıya yeni rəis təyin etdibackend

Vilayət Eyvazov Xocalıya yeni rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Editor.az bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Əliyev Ramin Vitali oğlu müvafiq vəzifəyə təyinat alıb.

Qeyd edək ki, R.Əliyev bu təyinatadək Goranboy DYP-də çalışıb.

Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov isə təqaüdə göndərilib.